Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20 275 nəfərdir.
Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 29778 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR