Dünyada koronavirusa yoluxanların sayı 152 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 152 milyon nəfəri ötüb.
Qafqaznews.az xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı 152 009 102 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 3 193 723 nəfəri ölüb, 129 276 382 nəfəri isə sağalıb.
Ən çox yoluxma hallarının qeydə alındığı ölkələr sırasında ABŞ (33 103 974), Hindistan (19 157 094) və Braziliyada (14 665 962) yer alıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR