Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 808 563 nəfər koronavirusa yoluxub, 12 870 nəfər ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 151 803 822 yoluxma hadisəsi, 3 186 538 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (408 382) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (208 359) ilə Avropa (129 182) bölüşür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR