İnternetin sürətinə görə dünyada 118-ci yerdəyik

Bu ilin aprel ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 38,05 Mbit/s təşkil edib. Cari ilin aprelində ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti mart ayının göstəricisi ilə müqayisədə 4,3 artaraq 15,75 Mbit/s olub.

Dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 53,38 Mbit/s və 12,85 Mbit/s təşkil edib.

Aprel ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 134 ölkə arasında 3 pillə geriləyərək 67-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (190,87 Mbit/s), Cənubi Koreya (186,06 Mbit/s) və Qətər (181,43 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin aprel ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,17 Mbit/s, çıxış sürəti isə 25,54 Mbit/s təşkil edib. Bu göstəricilər mart ayı ilə müqayisədə müvafiq olaraq 6,3 və 3,3% artıb.

Aprel ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 2 pillə geriləyərək 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (245,5 Mbit/s), Cənubi Koreya (241,58 Mbit/s) və Honkonq (SAR) – 240,83 Mbit/s olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 102,12 Mbit/s və 54 Mbit/s olub

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR