Lavrovun Bakıda səfər planı açıqlandı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, – deyə məlumatda qeyd edilir.
Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri – siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır:
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”.
Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb.
“Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin – MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, – deyə bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR