Əli Həsənovun oğluna məxsus televiziya bağlandı – RƏSMİ

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının bu gün baş tutan iclasında “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini nəzərə alaraq lisenziyasına xitam verilib.

Qafqaznews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, lisenziyasına xitam verilən “Kaspi Global” MMC-nin (Dalğa TV) direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Qlobal” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, təxminən 20 gün əvvəl “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) də “Kaspi Qlobal” MMC-yə qarşı qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutan iclasda “Kaspi Qlobal” MMC-nin “Azərkosmos” ASC-yə borclu olduğu qeyd olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR