Pay torpaqları kütləvi satışa çıxarılır (SƏBƏBLƏR)

“Kənd təsərrüfatında sürətlə artan xərclərə dözə bilməyən, bazarın məhdud, alıcılıq qabliyyəti aşağı olmasından istehsal etdiyi məhsulu bəzən maya dəyərindən ucuz satan kəndlilər mövcud durumdan çıxışın yolunu pay torpaqlarını satmaqda görürlər”.Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu “Facebook” hesabında qeyd edib.Onun sözlərinə görə kəndlilər kütləvi sürətdə şəxsi pay torpaqlarını satıb, canlarını bu əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar:“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayı 2020-ci ilin aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi 104,3 artıb. Göründüyü ki, kənd təsərrüfatı istahsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır”.Ekspert vurğulayıb ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata artıb:“Kəndlilər biçilən otu toplamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il 20 qəpik, bu il isə 30 qəpik ödəmək məcburiyyətindədir. Xərclərin artmasına baxmayaraq, 1 ot kipinin satış qiyməti 1-ci üzdə ötən ilki 2,7 manatdan bu il 2,0-2,5 manata qədər ucuzlaşıb. Bununla yanaşı doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb. Dizel yanacağının bahalaşması səbəbindən xidmət xərcləri artıb. Bütün bunlar kəndliləri təsərrüfatlardan çəkindirir, torpaqlarını satmağa məcbur edir. Hazırkı aqrar siyasətinin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirməkdir…”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR