Sabiq baş infeksionist: “Evimdən 60 min manata yaxın oğurluq edilib”

“Bakıda məzilimdən 60 min manata yaxın oğurluq edilib. Hadisə 2019-cu ildə olub”.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.
“Hadisə ilə bağlı polis əməkdaşlarına müraciət etmişəm və hazırda araşdırma aparılır. Şişirdilmiş rəqəmlər çoxdur. O qədər pulu heç kəs evində saxlamaz. Evimdən 60 minə yaxın oğuruq edilib”, – o bildirib.
Qeyd edək ki, C.İsayevin evindən oğurluğu paytaxt sakinləri – Cavid Süleymanov və Əhməd Əhmədov edib. Mayın 20-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki şəxs saxlanılıb.
Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR