Şuşanın İcra başçısı yenə mürgülədi: Bu dəfə festivalda

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Xarıbülbül” musiqi festivalını izləyərkən yuxuya gedib.

Pravda.az bildirir ki, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd olunub ki, icra başçısı 2018-ci ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi.

B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR