Xərçəngin yayılmasının qarşısını alan maddə tapıldı

Avokadolarda leykoz (qan xərçəngi) xəstəliyi zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermenti məhv edən maddə aşkarlanıb.

Yeni maddə ABŞ və Kanada alimlərinin birgə tədqiqatları zamanı tapılıb.

Belə ki, leykoz hüceyrələri maddələr mübadiləsində iştirak edən çox miqdarda “VLCAD” fermentini ehtiva edir. Alimlər isə bu fermenti məhv edə biləcək maddənin axtarışında idilər. Çünki, xərçəng hüceyrələri bu fermentlər əsasında çoxalır.

Fermenti məhv edəcək ən yaxşı maddə yalnız avokadolarda olan, yağlar sinfinə aid “avokatin B” maddəsi olub. Alimlər əvvəllər də diabetin qarşısının alınmasında və piylənmə ilə mübarizədə “avokatin B”nin istifadəsini təklif etmişlər.

Alimlər ümid edirlər ki, yeni kəşf qan xərçəngi ilə mübarizə üçün dərman hazırlanmasına kömək edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR