Açıq havada maska qadağası ilə bağlı yeni açıqlama

“Yumşalma tədbirləri zamanı əhalidə adətən laqeydlik yaranır. Açıq havada maska istifadəsi tələbinin ləğvi məsuliyyət hissini azaltmamalıdır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, özünü narahat hiss edən, yaxud evdə xəstə şəxsə baxan biri mütləq maska istifadə etməlidir:

“Xroniki xəstəliyi olan şəxs istəsə bazara gedəndə, istərsə də dayanacaqlarda avtobus gözləyərkən özünü qorumaq üçün maska taxmalıdır.

Qapalı məkanlarda bəzən maskanın düzgün taxılmaması müşahidə olunur. Maska istifadəsi tələbi olanda evdən çıxanda taxırdısa, indi qadağanın ləğvi nəticəsində insanlarda lazımi yerlərdə taxılmasını unutdurur.

Maskanı qatlayıb cibə qoymaq və ya qırışdırmaq olmaz. Maskanı xüsusi paketdə saxlamaq lazımdır. Eyni zamanda nəmlənən maskanın istifadəsi düzgün deyil.

Odur ki, maska istifadəsi tələbənin ləğvi arxayanlıq yaratmasın. Yoxsa yenidən yoluxma sayında artım olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR