Bu gündən iyunun 7-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək

Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR