Bu şəxslərdən COVID-19 sənədi tələb olunmayacaq

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq.
Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR