İranda prezident seçkiləri keçirilir

İranda 13-cü prezident seçkilərində səsvermə başlayıb.Dövlət başçısı vəzifəsi uğrunda dörd siyasətçi mübarizə aparır.Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da) açılıb və saat 00:00-a (Bakı vaxtı ilə saat 23:30) qədər işləyəcək. Bu halda onların işi ehtiyac olduğu halda saat 02:00-a (01:30) qədər uzadıla bilər. Ölkədə 66,8 min seçki məntəqəsi fəaliyyətə başlayıb. İranın daxili işlər naziri Əbdülrza Rahmani Fəzlinin bəyanatına görə, seçkilərin ilkin nəticələri səsvermənin tamamlanmasından iki gündən gec olmayaraq elan ediləcək.Xaricdəki İran vətəndaşları dünyanın 133 ölkəsində səs verə bilərlər. Ölkədən xaricdə 234 seçki məntəqəsi açılacaq. İranın səsvermə hüququ olan vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.İslam Respublikasının hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak hüququna malik deyil. Çünki o bu vəzifəni ardıcıl iki dəfədir icra edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR