Rusiyada azərbaycanlını öldürən polis azadlığa buraxıldı

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub.

“Interfax”xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.

“Bu gün Rusiya İstintaq Komitəsinin sədri adından müstəntiq polisə müfəttişinə qarşı həbs-qətimkan tədbirini dəyişdirdi və olduğu yeri tərk etməməsinə dair qərar verdi”, – deyə Petrenko jurnalistlərə bildirib.

Bundan əvvəl o qeyd edib ki, Bastrıkin Abdullaevi tapança ilə ölümcül yaralayan yol müfəttişinə qarşı iş açan İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları barədə araşdırma başladılmasına təşəbbüs edib.

Bundan başqa, Petrenko bildirib ki, məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.

“Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb” – deyə Komitə nümayəndəsi bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR