Sabah hava necə olacaq? – Proqnoz

İyunun 27-nə olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-39 , bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26 isti, gündüz 37-39 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət gecə 45-55 , gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz  35-40 , bəzi yerlərdə 43 isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR