Son sutkada Azərbaycanda 32 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.
Son gündə koronavirus əleyhinə 601 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.
AVRO-2020-nin Bakıdakı oyunlarına gəlmək istəyən əcnəbilərdən COVID testinin neqativ nəticəsini təsdiqləyən sənəd tələb olunacaqÖlkədə vurulan vaksinlərin ümumi sayı 2546770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1611499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935271 təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR