Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 334 min 132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 325 min 045 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib. Aktiv xəstə sayı 4171 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 649, ötən müddət ərzində isə ümumilikdə 3 523 638 test aparılıb.
Son gündə koronavirus əleyhinə 59 499 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7559 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 312 715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 404 898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907 817 təşkil edir. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR