Yeniyetmələrin ailələrini intiharla şantaj etməsi… – Psixoloq

“Bu gün yeniyetmələr daha çox ailələrini intiharla şantaj edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov yeniyetmə gənclərin intihar və yaxud intihara cəhd etməsi hadisələrindən danışarkən deyib. Onun fikrincə, yeniyetmələrin valideynlərini intiharla şantaj etməsi ilk hal deyil:
“Bu, zaman-zaman baş verib. Öncələr evdən getmələr, yaxud da küsüb özünə qapanmalarla baş verirdi, intihar və intihara cəhd kimi davranışlar yox idi. Burada nəzərə almaq lazımdır ki, yeniyetmə və uşaqlar texnikadan, elektron cihazlardan asılı hala düşüblər. Asudə vaxtlarını daha çox elektron cihazlarla internetdə keçirirlər. Bu da onların əhval-ruhiyyəsinin tez-tez dəyişməsinə, özünə qapanmasına, baş verən proses və hadisələrə aqresiv reaksiya verməsinə gətirib çıxardır”. 

Elnur Rüstəmov qeyd edib ki, valideyn uşağında hər hansı bir problem olduğunu görərsə, bununla bağlı vaxtında tədbir görməlidir.
Qeyd edək ki, Mingəçevirdə bir yeniyetmə intihara cəhd edib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR