Azərbaycan Ordusunun hərbçisi intihar etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR