Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər? – AÇIQLAMA

“Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılacağımızı təxmin edə bilirik”.

Bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, qarşıdakı aylarda sərt karantin rejiminin tətbiqi iki nüansdan asılıdır:

“Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.

Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR