Çempionlar Liqası: “Neftçi” bu gün “Olimpiakos”la qarşılaşacaq

“Neftçi” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Report-un məlumatına görə, “ağ-qaralar” II təsnifat mərhələsinin cavab matçında Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq. “Bakcell Arena”dakı görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edəcək.
Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov ilk qarşılaşma qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcək. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.
Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının III raundunda HİK (Finlandiya) ilə qarşılaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR