Dünyada 768 milyondan çox insan aclıqdan əziyyət çəkir

Pandemiya səbəbi ilə dünyada aclıqdan əziyyət çəkən insanların sayı kəskin artıb.

Bu barədə BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO) və Dünya Qida Proqramı (WFP) tərəfindən yayımlanan məlumatlarda yer alıb.

Qeyd olunub ki, 2020-ci ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı 768 milyon nəfərə (2019-cu ilə nisbətən 118 milyon nəfər çoxdur – Red) çatıb. Bu, planetin ümumi əhalisinin 10 faizidir.

Aclıqdan əziyyət çəkən insanların çoxu Asiya və Afrikada yaşayır. Asiyada 418 milyon insan, Afrikada materikinin 21 faiz sakini gündəlik qida tapmaqda çətinlik çəkir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR