Eldəniz Səlimovla bağlı spikerə müraciət – 53 deputat ona qarşıdır

Milli Məclisin sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR