“Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, sülh müqaviləsinin imzalamaq barədə real addımlar atmalıdır”

Milli Məclisin deputatı Arzu Nağıyev bunları deyib.“Prezident İlham Əliyev Silahli Qüvvələr Günündə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşündəki çıxışına toxunan deputat Ermənistanın Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolunun olmadığını bildirib. Ordunun təkmilləşməsi üçün vacib məsələlərdən biri də maliyyə vəsaitidir. Azərbaycan cari ilin büdcəsindən ordu quruculuğu üçün böyük maliyyə ayırıb. Ermənistan bütün bunları nəzərə almalıdır. Ermənistan bir dövlət kimi məhv olmaq istəmirsə, sülh müqaviləsinin imzalamaq barədə real addımlar atmalıdır. Qarşı tərəf sərhədlərin delimitasiya və demarkasiya prosesinə maneələr yaratmaqdan imtina etməli, yeni kommunikasiya xətlərinin açılmasında da iştirak etməlidir. Ermənistan həm də öz vətəndaşlarının rifahını yüksəltmək üçün bu addımları atmalıdır. Bizim Ermənistana deyil, Ermənistanın bizə ehtiyacı var”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR