İki cüdoçumuz Tokio-2020-də mübarizəni dayandırdı

Tokio-2020-də cüdo yarışlarına start verilib.
Qaynarinfo xəbər verir ki, iki cüdoçumuz – Kəramət Hüseynov və Aişə Qurbanlı tatami üzərinə çıxıb. Yarışa 1/16 final mərhələsindən başlayan Qurbanlı elə ilk görüşündə məğlubiyyətə uğrayıb. Cüdoçumuz sözügedən mərhələdə Portuqaliya idmançısı Katarina Koştaya uduzub.
60 kq çəki dərəcəsində yarışan Kəramət isə cəmi bir mərhələ adlaya bilib. 1/16-də Böyük Briyaniya təmsilçisi Eşli Makkenzini məğlubiyyətə uğradan Hüseynov 1/8 final mərhələsində gürcüstanlı Luxum Tsxvimiani ilə qarşılaşıb. Cüdoçumuz bu görüşdə rəqibinə ipponla məğlub olaraq mübarizəni dayandırıb. 
Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR