Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi (SƏRƏNCAM)

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, daha öncə Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov olub. O, 1993-2020-ci illərdə bu postda olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR