Küçələrdə qalan tarzən vəfat etdi – Nəşinə yiyə çıxan yoxdur

Bir müddət əvvəl “Elgizlə izlə” proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.
Parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.
Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb.
“Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri yemək gətirən zaman görüblər. Gecə yatıb səhər oyanmayıb”, – deyə aparıcı Elgiz Əkbər bildirib.
Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək “Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun” sözlərini söyləyib.
Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib./Axşam.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR