“Onlar eyni zamanda, bu “juliklər”ə görə qanlarını töküblər, təkcə torpağa görə yox”” – Xalq şairi

“Hərdən fikirləşirəm ki, biz Qarabağ uğrunda mübarizə apardıq, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdik. Amma sizi inandırım ki, o tökülən üç min qana və yarımcan olmuş bir neçə min insanın əzabına hayfım gəlir. Çünki onlar eyni zamanda, bu “juliklər”ə görə qanlarını töküblər, təkcə torpağa görə yox”.

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. V.Əziz ölkədə özbaşınalıq edən harınlamış məmurları sərt tənqid edib:

“Ölkənin hüquq-mühafizə orqanları var və onlar bu işlə məşğul olmalıdırlar. Gecə-gündüz, parlamentdə də deyirlər ki, Tiflisdən İstanbula bilet 80, Azərbaycandan İstanbula isə 800 manatdı. Cahangir Əsgərov da heç kimi saymır. Belə də olmaz axı. Məmurlar dənizə hasar çəkiblər və belə aydın olur ki, onlar bu boyda yerləri gorlarına aparacaqlar. Mən bir şeirimdə yazmışdım ki, səni uzaq başı dünyadan gedəndə qəbirqazan tanısa, şəxsiyyətinə hörməti varsa, qəbrini uzaq başı bir qarış enli və ya uzun qazar. Amma bu adamlar xəstədirlər. Mən belə başa düşürəm ki, Azərbaycanda bu vəzifələr ancaq şizofreniklərə tapşırılır. Çünki şirofreniyası, ruhu xəstəliyi olmayan adam belə iş görməz, pul oğurlamaz, dənizi hasara almaz, dəniz xalqındı. Necə olur ki, adi bir fəhlə balkonunu yarım metr qabağa çıxaranda polis onun anasını ağladır, amma oliqarx “juliklər” hektarlarla sahəni zəbt edirlər və onlara bir söz deyən də olmur. Hərdən fikirləşirəm ki, biz Qarabağ uğrunda mübarizə apardıq, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdik. Amma sizi inandırım ki, o tökülən üç min qana və yarımcan olmuş bir neçə min insanın əzabına hayfım gəlir. Çünki onlar eyni zamanda, bu “juliklər”ə görə qanlarını töküblər, təkcə torpağa görə yox”.

Xalq şairi Azərbaycan Dövlət Televziyasının fəaliyyətindən də gileylənib:

“AzTV yığır deputatları, ancaq prezidentin dediklərini yüz dəfə təkrar edirlər. Necə olur ki, telekanalda qazan asıb boşbaş bişirməyi rus dilində öyrədir, amma camaatı yığıb problemlərlə bağlı rus dilində danışdıra bilmir. Yeganə adam mən oldum ki, efirə çıxıb tarixi kitabları göstərdim və dərhal qabağımı aldılar. AzTV-dən iki dəfə xahiş etdim ki, məni efirə buraxsın, amma buraxmadı. Jurnalistikadan xəbəri olmayan bir adamı gətirib ora sədr təyin ediblər. Vəzifəyə elə adam qoymaq lazımdır ki, cəmiyyətdə çəkisi olsun. Bu adamın cəmiyyətdə çəkisi yoxdursa, ona necə hörmət edim?”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR