Şəhriyar Məmmədyarov bir ermənini məğlub etdi, növbədə digəridir

Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunda kişilərdə 1/64 final mərhələsinin, qadınlarda isə 1/32 final mərhələsinin  oyunları başa çatıb.Şahmatçılarımız rəqiblərini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Əvvəlki iki partiyanı heç-heçə ilə başa vuran Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryana, Nicat Abasov ermənistanlı Şant Sarqsyana, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Cavaxişviliyə tay-brekdə qalib gəliblər.Bundan əvvəl Günay Məmmədzadə rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Məmmədzadənin rəqibi 1/16 final mərhələsində İran şahmatçısı Sarasadat Hademalşareh olacaq. Gülnar Məmmədova  isə növbəti mərhələdə almaniyalı Elizabet Paetslə qarşılaşacaq.Kişilərin yarışında da isə 1/32  final mərhələsində Şəhriyar Məmmədyarov ermənistan şahmatçısı Haik Martosyanı sınağa çəkəcək. Nicat Abasov rusiya təmsilçisi Andrey Esipenko ilə, Vasif  Durarbəyli isə çexiyalı David Navara ilə qarşılaşacaqlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR