SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi-AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişiklikləri olub. SOCAR kadr dəyişiklikləri olması ilə bağlı məlumat yayılıb.modern.az bildirir ki, məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovbildirib ki, qurumun SOCAR-ın vitse-prezidentlərini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti təyin edir:”Buna görə şirkətin hər hansı bir vitse-prezidentinin vəzifəyə təyin edilməsi və ya vəzifədən azad edilməsi məhz cənab Prezidentin müvafiq sərəncamı ilə təsbit olunur”.

unikal.org-un məlumatına görə, SOCAR-ın vitse-prezidentləri Mikayil İsmayılov, Tofiq Qəhrəmanov və bir neçəsi işdən çıxarılıb.Qeyd edək ki, SOCAR-ın 12 vitse-prezidenti var idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR