Sülhməramlılarının yerləşdiyi ərazidən Şuşa atəşə tutuldu (RƏSMİ)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR