Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub, o, azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb.

Bu barədə “Report”a vəkil Aqil Layıc məlumat verib.

O bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib:

“Həmçinin cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirildi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR