Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı (FOTO)

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb. 9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.Allah rəhmət eləsin!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR