Beynəlxalq Valyuta Fondu Ukraynaya 2,7 milyard dollar yardım edəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya əvəzsiz və əlavə şərt olmadan 2,7 milyard dollardan çox vəsait ayıracaq.

 Ukrinform informasiya agentliyi xəbər verir ki, müvafiq qərar fondun Direktorlar Şurası tərəfindən qəbul edilib. Həmin vəsait koronavirus pandemiyası nəticəsində zərər görən dünya iqtisadiyyatının bərpasına yardım çərçivəsində ayrılıb.

“Bu vəsait koronovirus böhranının nəticələrini aradan qaldırmağa və iqtisadiyyatımızı stimullaşdırmağa kömək edəcək”, – deyə Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Valyuta Fonduna təşəkkürünü bildirib.

Qeyd edək ki, BVF 2020-ci ilin iyun ayında Kiyev üçün ümumi həcmi 5 milyard dollara yaxın olan “stand by” proqramını təsdiqləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR