Əfqanıstanın yeni prezidenti o ola bilər – Əbdül-Qani Baradar kimdir?

Əfqanıstanda 20 il sonra paytaxt Kabili ələ keçirən “Taliban dövrü” başlayıb.

Dünən gecə Taliban qurucularından olan Əbdül-Qani Baradar və nümayəndə heyəti illər sonra ölkəyə qayıdıb. Bəs, Əbdül-Qani Baradar kimdir?

 “Taliban” liderinin dosyesindən qısa xülasələri təqdim edirik:

“Taliban” qurucularından biri hesab olunan 53 yaşlı Baradarın ölkənin yeni lideri olacağı gözlənilir. “Taliban”ın yaydığı xəbərdə Əbdül-Qani Baradarın Qətərdən gəldiyi bildirilib.

Qəndəharda böyüyən Baradar 1996-2001-ci illərdə ölkəni idarə edən “Taliban”da fərqli vəzifələrdə çalışıb.

ABŞ-ın müdaxiləsindən sonra qaçan Baradar daha sonra Pakistanda həbs edilib. Üç il əvvəl sərbəst buraxılan Baradar o dövrdən Qətərin paytaxtı Dohada yaşayıb.

Qeyd edək ki, Baradarın yaxın zamanda Əfqanıstanın Prezidenti olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR