Konfrans Liqası: “Qarabağ”ın qrupdakı rəqibləri bəlli olub

“Qarabağ” komandasının UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparacaq.

Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR