Kriştianu Ronaldonun transfer məbləği açıqlandı

İtaliya “Yuventus”undan İngiltərənin “Mançester Yunayted” klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.
36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.
Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, “qırmızı şeytanlar” və Ronaldu konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.
Təcrübəli forvard “Yuventus”a 2018-ci ildə İspaniya “Real Madrid”indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.
Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR