Merkelin partiyası Rusiyanın bu bölgəsini Almaniya ərazisinə daxil etdi

Almaniyanın Teterov şəhərində hakim CDU partiyasının posterləri Almaniyanı Birinci və İkinci Dünya Müharibələri arasındakı sərhədlərdə – o vaxt Şərqi Prussiya adlandırılan Kalininqrad bölgəsi ilə birlikdə göstərib.Bu haqda məlumatı Nordkurier yayıb. Afişalarda Almaniyanın tərkibində sonradan Polşaya daxil olan bəzi torpaqlar, məsələn Elblag şəhəri (keçmiş Elbing) olub. Afişadakı şüarda “Bütün Almaniya CDU vasitəsilə bölünməyən bir Vətənə çevrilməlidir” deyilir.CDU rayon sözçüsü Hannes Dettmann afişaların partiya tərəfindən təsdiqlənmədiyini, buna görə də bunun “rəqiblərin intriqaları” olduğunu bildirib.Xatırladaq ki, sentyabr ayında Almaniyada Bundestaq seçkiləri keçiriləcək və yeni hökumət qurulacaq. CDU lideri Armin Laşetin kansler olacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR