“Nəqliyyat əlaqələrini qurmağa hazırıq, ancaq, dəhliz verilməyəcək” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla regional əlaqələrin bərpasına hazır olduqlarını bildirib.
Qafqaznews.az “TASS”a istinadla xəbər verir ki, Paşinyan bütün bunlara baxmayaraq Naxçıvan Muxtar Respublikasına öz ərazisi ilə nəqliyyat dəhlizi verməyəcəklərini vurğulayıb:
“Ermənistan hökuməti üçtərəfli əlaqələrin işi çərçivəsində 30 ildir davam edən Ermənistan blokadasını aşmaq üçün ciddi bir fürsət görür. Ancaq, dəfələrlə bildirib ki, 9 Noyabr 2020 və 11 yanvar bəyanatlarında Ermənistan üzərindən bir dəhlizdən söhbət getmir”.
Paşinyan həmçinin bildirib ki, Azərbaycan Naxçıvan ilə əlaqə qurmaq üçün Ermənistan ərazisindən keçməli olduğu kimi, Ermənistan da Azərbaycan ərazisindən keçərək Rusiya Federasiyasına və İrana yol almalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR