Sabahdan hansı müəssisələrin işçilərindən mütləq peyvənd tələb olunacaq – SİYAHI

Sentyabrın 1-dən bir çox dövlət və özəl müəssisələrin işçilərinin mütləq peyvənd olunması haqqında qərar qüvvəyə minir. 
Oxu.az-ın verdiyi məlumatına görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən – dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin SİYAHISI:- 1. Kommunal sahə üzrə:- elektrik enerjisi, qaz, istilik ilə təchizat;- su təchizatı və meliorasiya, çirkli suların yığılması vətəmizlənməsi;- tullantıların yığılması, emalı və məhv edilməsi.2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:- dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və- sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;- liman xidmətləri;- logistika xidmətləri;- telekommunikasiya və rabitə xidmətləri;- poçt və kuryer fəaliyyəti.3. Sosial sahə üzrə:- sosial xidmətlərin göstərilməsi;- fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçünbaxıcılıq xidməti.4. Ticarət və ictimai iaşə sahəsi üzrə:- topdan və pərakəndə ticarət;- ictimai iaşə;- yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.5. Turizm sahəsi üzrə:- mehmanxanalar və digər yerləşmə vasitələri xidmətlərigöstərən müəssisələr;- turagentliklərinin və turoperatorların fəaliyyəti.
6. Maliyyə xidmətləri üzrə:-maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredittəşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).7. Digər sahələr üzrə:- poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;- bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;- kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadəəşyalarının, məişət mallarının təmiri;- avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,onların təmiri və yuyulması;- kirayə və lizinq fəaliyyəti;- daşınmaz əmlakın alınması və satılması xidmətləri;- memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlərverilməsi sahəsində fəaliyyət;- reklam fəaliyyəti və bazarın öyrənilməsi;-  işə düzəltmə agentliklərinin fəaliyyəti;- tədris və repetitor xidmətləri;- tərcümə üzrə xidmətlər;- dizayn fəaliyyəti;- fotoqrafiya sahəsində fəaliyyət;- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıgöstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdimedilən bu kimi digər iş və xidmətlər);- istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi vəyığışdırılması;- dezinfeksiya xidmətləri;- toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvitəmizlənməsi;- dərzi xidmətləri;- bərbərxana və gözəllik salonları;- baytarlıq fəaliyyəti;- heyvan sığınacaqları.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR