Ağ Evdən Kremlə tərs şillə: erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiya

ABŞ 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.Qaynarinfo xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi artıq 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.
Siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin var.
Bundan əlavə, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, “Birinci kanal”ın rəhbəri Konstantin Ernst və bir sıra şəxslərin də “qara sıyahı”ya düşə biləcəyi ehtimal edilir.
Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski dəyişikliyin mətnini irəli sürmək üçün müraciət edib.
Qeyd olunur ki, qanun layihəsi ölkənin 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə dəyişiklik olaraq təqdim edilib. Layihənin ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiq ediləcəyi gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR