Anar Bağırov məhkəmələri və hakimləri tənqid edib

“Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənir. Əlbəttə ki, bu vəsatətlərin cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş olması istisna deyil”.

Bunu Vəkillər kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “facebook” səhifəsində vəkillərə və hakimlərə müraciətində deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR