Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 38 nəfər COVID-19-dan dünyasını dəyişib. Son gündə koronavirus (COVID-19) əleyhinə 85 760 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 644 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 095 693, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 287 967, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 807 726 nəfər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR