Bazar günü yağış gözlənilir

Sentyabrın 26-da günün birinci yarısında Bakıda və Abşeronda yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, xəbəri Ekologiya Nazirliyinin sinoptiləri verib.

Havanın temperaturu gündüz 20-22 dərəcəyə, gecə 16-18 dərəcəyə qədər düşəcək.

Ölkənin bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq, şimal-şərq rayonlarında isə leysan yağacağı, dolu düşəcəyi, güclü qərb küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu aran rayonlarında gündüz 21-25 dərəcə, dağlarda 9-14 dərəcə təşkil edəcək

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR