İnsanların əmək haqqı artmır – Amma… Deputat BAHALAŞMADAN danışdı

Pandemiyaya rəğmən Azərbaycan iqtisadiyyatında inkişaf var və ölkə gəlir əldə edir. Ölkədaxili tariflərdə isə qiymət artımı müşahidə olunur. Bu vəziyyətdə insanları düşündürən əsas məsələ minimum əmək haqqının artmasıdır. Sizcə, artım gözlənilir?

“Сənab Prezidentin özü də fikir səsləndirib ki, pensiya və əmək haqqıları ilə bağlı müəyyən artımlar nəzərdə tutulur”, – deyən millət vəkili Razi Nurullayev Azərbaycandakı marketlərdə bahaçılıq olduğunu da qeyd etdi.

Bizim.Media-ya açıqlama verən deputat 4-5 ayın müqayisəsini apardı və hazırda bəzi məhsulların qiymətlərində 20-30 faiz artımın olduğunu vurğuladı.

Bu artım isə davam edir:

“Amma insanların əmək haqqı artmır. Marketlərdə alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Özəl sektorda belə maaşların aşağı düşməsi müşahidə olunur. Bir çox dövlət qurumlarında da belədir. Bu ondan xəbər verir ki, gəlirlər aşağı düşüb”.

Razi Nurullayevin sözlərinə görə, 100 manata Rusiya marketlərində bir arabanı tam doldurmaq olar, amma bunun üçün Azərbaycanda 400-500 AZN lazımdır:

“Həmçinin Avropa və Rusiyada “ƏDV-ni geri al”ın faizləri də yüksəkdir – 20-30 %. Azərbaycanda da kartlara geri qaytarma var, amma 0,00 – neçə faiz əmələ gəlir. Əhalinin gəlirlərindəki artımla bağlı rəsmi statistikaya da toxunan deputat, bunu müəyyən təbəqələrə aid etdi. Çünki “əhalinin kasıb hissəsinin həyatında artım müşahidə olunmur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR