Jan-Pol Belmondo vəfat etdi

Dünya və Fransa kinosunun məşhur simalarından olan Jan-Pol Belmondo 88 yaşında vəfat edib.

Bu barədə onun vəkili məlumat yayıb.

Qeyd edək ki, aktyor 1933-cü ildə Fransanın Neyi-sür-Sen bölgəsində anadan olub. O, karyerası ərzində daha çox komediya və döyüş filmlərində çəkilib.

Belmondo “Qızıl palma budağı”, “Qızıl şir” və “Sezar” kimi bir sıra nüfuzlu mükafatlar, həmçinin dövlət ordenlərilə təltif olunub.

Mənbə: “Frans-Press”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR