Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? – AÇIQLAMA

Səhiyyə Nazirliyi əks-göstəriş sertifikatının verilməsi qaydasını açıqlayıb.Bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova əks-göstəriş sertifikatı almaq istəyənlər vətəndaşların necə müraciət etməli olduqlarına aydınlıq gətirib.O bildirib ki, əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər:“Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR