Rusiyada universitetə silahlı basqın olub, ölən və yaralananlar var – Video

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.
Terroru törədən Timur Bekmansurov adlı şəxsdir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR