Ukraynada Leninin heykəlləri sökülür

Ukraynanın Xmelnitsk vilayətində Vladimir Leninin sonuncu heykəli sökülüb.

Bu barədə “Dekommunizasiya Ukraina” (“Ukraynanın komminnizsizləşdirilməsi”) İctimai Hərəkatın qurucusu Vadim Pozdnyakov bu barədə feysbuk səhifəsində yazıb.

“Xmelnitsk vilayətində Kamenes-Podolsk yaxınlığında yerləşən Mileviç kəndindən Leninin sonuncu heykəli uçurulub. İndi növbə Vinnisk və Poltava vilayətlərindəki iki heykəlindir. Bu ilin sonunadək ölkə Leninin heykəlindən tamamilə təmizlənəcək”, – V.Pozdnyakov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR